!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Planetin ən yaşlı kişisi

!Reklam – Yazi

Ginnesin Rekordlar Kitabı Yaponiyanın şimalında yerləşən Hokkaydo adasının sakinini planetin ən yaşlı kişisi kimi təqdim edib.

Yenicag.az  xəbər verir ki, bu barədə aprelin 10-da eyniadlı təşkilat məlumat yayıb.

112 yaşı olan Masazo Nonaka planetin ən yaşlı kişisi adına layiq görülüb. İndiyədək bu rekord 113 yaşlı ispaniyalı Fransisko Oliverə mənsub olub. Onun cari ilin fevralında vəfat etdiyi bildirilir.

M.Nonaka Hokkaydonun şimalında yerləşən Meakan dağının ətəklərində nəvələri ilə birlikdə yaşayır. Onun varisləri burada yerləşən kiçik Onsen (isti bulaq) mehmanxanasını idarə edirlər.

Uzunömürlülüyünün səbəbləri barədə suala cavabında M.Nonaka bunu adətən bir ritmdə yaşaması ilə əlaqələndirir. Yaşının çoxluğuna baxmayaraq, o, vərdişlərini davam etdirir: şirniyyatı, xüsusən də tortu çox sevir, gündəlik qəzetləri mütaliə edir və minerallarla zəngin onsendə çimməkdən doymur.

Maraqlıdır ki, yaşlı insanlar reytinqində M.Nonaka yalnız 31-ci yeri tutur. Adları ondan əvvəl olan yaşlıların hamısı qadınlardır.

Planetin ən yaşlı qadını adını da yaponiyalı xanım daşıyır. Ginnesin Rekordlar Kitabına görə, 117 yaşlı Nabi Tacima planetin ən yaşlı qadını, həm də ən yaşlı şəxs titullarını daşıyır.(Azərtac)

www.yenicag.az

2083
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv