Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Planetlərin mini paradı başladı

Səmada planetlərin mini paradı başlayıb.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Yenicag.az-a verilən məlumata görə, ötən gündən başlayaraq Venera, Saturn və Yupiter bir düz xətt üzrə düzülərək bir-birinə yaxınlaşıblar.

Qeyd olunub ki, planetləri Günəş batdıqdan sonra adi gözlə də müşahidə etmək mümkündür:

“Şimal yarımkürəsində gecə səmasında Venera üfüqə daha yaxın yerləşdiyindən, açıq bir yerdən müşahidə etmək daha əlverişlidir. Cənub yarımkürəsi üçün isə müşahidə şərtləri daha əlverişlidir. Üç planetdən ən parlağı Veneradır. Görünən ulduz ölçüsü -4.7 olan planet gecə səmasının ən parlaq obyektidir. Hazırda Venera Oxatan bürcündə yerləşir. Yupiterin parlaqlığı ( -1.61/-2.94) Veneradan bir qədər zəifdir. Onu indi Oğlaq bürcündə görmək mümkündür. Veneradan fərqli olaraq Yupiter üfüqdən daha hündürdə yerləşir və onu gecə boyunca uzun müddət müşahidə etmək mümkündür. Saturn ( -0.24/+1.47) planetinin parlaqlığı daha zəif olsa da, o da adi gözlə gürünür. Lakin Aysız gecələrdə müşahidəsi daha rahatdır”.

Qeyd edək ki, mini planetlər paradını – Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini il ərzində bir neçə dəfə müşahidə etmək mümkün olur. Bu il ilk mini planetlər paradı may aında baş vermişdi, hazırkı parad isə dekabrın ortalarınadək davam edəcək.

www.yenicag.az

88
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100