Plastik əməliyyatdan sonra ölkələrinə qayıda bilmədilər – FOTO

Cənubi Koreyaya gedən 3 çinli qadın tanınmaz halda olduqları üçün öz ölkələrinə qayıda bilməyib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, çinli rəfiqələr bir həftəlik tətili fürsət bilib Cənubi Koreyaya gedərək plastik əməliyyat olunublar. Ancaq əməliyyatdan sonra üzləri o qədər şişib ki, hava limanındakı sistem onları tanımayıb. Qadınlar polis tərəfindən saxlanılaraq sorğuya cəlb olunublar.