Havalar soyuduqca turşuya qoyularaq konservləşdirilmiş məhsulların mövsümü başlayır. Təəssüf ki, həmin məhsullardan istifadə zamanı zəhərlənmə halları ilə də üzləşənlər olur. Bunun başlıca səbəbi mikrobioloji çirklənmədir.
Yenicag.az xəbər verir ki, plastik qablarda turşu qoymaq daha təhlükəlidir.
Qida məhsullarının konservləşdirilməsi və istifadəsi zaman bu qaydalara əməl etmək lazımdır:
İstifadə olunan meyvə-tərəvəzin təbiliyinə diqqət yetirmək;
Kiflənmiş, çatlamış, vaxtı keçmiş və köhnə meyvə-tərəvəzlərdən istifadə etməmək;
Konservləşdiriləcək məhsullar axar su altında təmiz yumaq, istifadə olunacaq qabları isə düzgün sterilizə etmək:
Şüşə və plastik bankaları, qapaqlarımütləq ən azı yarım saat suyun içərisində qaynatmaq;
Plastik qablardan istifadə etdə konservləşdirilmiş məhsulun saxlanma müddəti uzun olmamalıdır;
Bankanı bağlayarkən içərisində çiy su və hava qalmamalıdır;
Qapağı qalxan bankalarda olan məhsullardan istifadə etməyin;
Onu da qeyd edək ki, tədqiqatçıların apardıqları araşdırma nəticəsində məlum olub ki, duza qoyulan qida məhsullarından istifadə mədə xərçəngi riskini artır. Söhbət konservləşdirilmiş ərzaqlardan, duza qoyulan tərəvəzlərdən gedir.