Plastik torbaların qiyməti artdı

Türkiyədə plastik torbaların qiymətində artım olub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, plastik torbaların təkrar emalı və bununla da təbiətin çirklənməsinin qarşısının alınması üçün Türkiyədə 2019-cu ildən hər torba üçün 25 kuruş alınırdı.

Hazırda bu məbləğ artaraq 38,5 kuruş olub.