“Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması”: Dəyirmi masa keçirildi

25 iyun 2024-cü il tarixində Şirvan şəhər Peşə Litseyində  “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Plastik və polietilen  məmulatlarının istifadəsinin azaldılması ” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.
Dəyirmi masada Şirvan şəhər İcra Hakimiyyətinin, Şirvan şəhər Mərkəzi xəstəxanasının, ETSN-nin Şirvan şəhəri üzrə 3 saylı Ekologiya İdarəsinin, Şirvan şəhər Peşə Litseyinin tələbələri və müəllim kollektivi iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Şirvan şəhər İcra Hakimiyyətinin Sosial və humanitar şöbəsinin müdiri Rəfail Nəsirov açdı və Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən bu konfransın plastik və polietilen məmulatların ətraf mühitə təsirləri və istifadəsinin azaldılması istiqamətində əhalinin maariflənməsində əhəmiyyətli tədbir olduğunu bildirdi və bu istiqamətdə ŞİH-nin gördüyü işlər barədə danışdı.  R.Nəsirov bu barədə danışmaq üçün sözü  təşkilatın sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova verdi.
S.Həsənov Şirvan şəhərinin hələ sovet dövründən mədən sənayesi şəhəri olduğunu və burada neft qaz sektorunun və digər sahələrin inkişaf etdiyini bildirdi. Şirvan  şəhərinin  Azərbaycanın Aran bölgəsində yerləşməsi və burada şəhərləşmə mədəniyyətinin yüksək olması şəhərdə olan ticarət marketlərində və mağazalarda polietilen torbalardan və plastik birdəfəlik qablardan çox istifadə olunduğunu bildirdi. Bildiyimiz kimi polietilen və plastik torba və birdəfəlik qablar 100 illərlə təbiətdə parçalanmır və çox mürəkkəb kimyəvi tərkibə malik olmaqla  və  bir neçə monomer kimyəvi zəncir birləşmələrindən ibarətdir. Onları yandırılması atmosferə zəhərli kimyəvi qazların atılmasına səbəb olur və dünya üzrə iqlimdə baş verən  dəyişmələrdə əsas qazlardan biri olan CO2-nin atılmasında 13% paya malik olduğunu bildirdi. Plastik torba və polietilen çantalardan istifadənin azaldılması üçün 2023-ilin fevral ayının 15-dən etibarən bu məhsulların marketlərdə pulla satışı barədə (15 mkn ölçüdən az olmaqla) qərar qəbul edildi. Lakin təəssüf ki, bu cür metod bir çox ölkələrdə effektli olsada Azərbaycanda bu baş vermədi.
Ümumiyyətlə 1950-ci ildən 1970-ci illərə qədər yalnız az miqdarda plastik istehsal olunurdu və nəticədə plastik tullantıları nisbətən idarə oluna bilirdi. Bununla belə, 1970-1990-cı illər arasın-da plastik tullantıların istehsalı üç dəfədən çox artdı, bu da plastik istehsalında oxşar artımı əks etdirir. 2000-ci illərin əvvəllərində istehsal etdiyimiz plastik tullantıların miqdarı bir onillikdə əv-vəlki 40 ildə olduğundan daha çox artdı. Bu gün dünya hər il təxminən 400-500 milyon ton plas-tik qablar və birdəfəlik qablar istifadə etməklə tullantı yaradır.
Burada biz digər narahatedici tendensiyaları görürük. 1970-ci illərdən bəri plastik istehsalı-nın sürəti hər hansı digər materialdan daha sürətli artmışdır. Tarixi artım tendensiyaları bu cür da-vam edərsə, 2050-ci ilədək ilkin plastikin qlobal istehsalının 1,100 milyon tona çatacağı proqnoz-laşdırılır. Biz həmçinin birdəfəlik istifadə olunan plastik məhsullara, bircə qısa istifadədən sonra atılmalı olan əşyalara doğru narahatlıq doğuran dəyişikliyin şahidi oluruq. İstehsal edilən bütün plastiklərin təqribən 36 faizi qablaşdırmada, o cümlədən qida və içki qabları üçün birdəfəlik plas-tik məmulatlarda istifadə olunur ki, bunun da təxminən 85 faizi poliqonlara və ya tənzimlənməmiş tullantılara çevrilir. Bundan əlavə, birdəfəlik plastik məhsulların təxminən 98 faizi qalıq yanacaq-dan(neft məhsullarından) və ya “saf” xammaldan istehsal olunur. Mədən yanacaq əsaslı plastiklə-rin istehsalı, istifadəsi və utilizasiyası ilə bağlı istixana qazı emissiyalarının səviyyəsinin 2040-cı ilə qədər qlobal karbon büdcəsinin 19 faizinə qədər artacağı proqnozlaşdırılır. S.Həsənov bu barədə bu gün Sizə təqdim olunan kitabçada geniş məlumat verilir. Plastikin zərərləri barədə bilmək istəyirsinizsə bu kitabçadan yararlanın deyə dəyirmi masaya müraciət etdi.
S.Həsənov Şirvan şəhərində plastik və polietilen çanta, torba və birdəfəlik qablardan istifadə barədə danışmaq üçün sözü ETSN-nin Şirvan şəhəri üzrə 3 saylı Ekologiya İdarəsinin nümayəndəsi Səbuhi Şərifova verdi. Səbuhi Şərifov Şirvan şəhərində plastik və polietilen qablardan və torbalardan istifadə haqqında geniş çıxış edərək bu məmulatların insan sağlamlığına və ümumiyyətlə canlı aləmə zərərləri haqqında tədbir iştirakçılarına məlumat verdi. S.Şərifov bu məmulatlardan istifadənin azaldılmasında layihənin əhəmiyyəti haqqında danışdı və ümid etdiyini bildirdi ki, bu məlumatların əhaliyə və bu tədbirdə iştirak edənlərə çatdırılması çox əhəmiyyətlidir. S.Şərifov  3 saylı Şirvan Ekologiya idarəsinin bu istiqamətdə keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdi.
Sonra mövzu barədə danışmaq üçün Şirvan şəhər Peşə Litseyinin təlim və tərbiyə işləri üzrə direktor müavini Arifə xanım Qasımovaya verildi. Arifə xanım Peşə litseyində tələbələrin ekoloji biliklərinin artırılması üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi və bildirdi ki Litsey rəhbərliyi daima ekoloji mövzunu diqqətdə saxlayır və mütəmadi tədbirlər zamanı və tədris prosesində onları maarifləndirir.
Sonra çıxış üçün söz Şirvan şəhər İcra hakimiyyətinin nümayəndəsi Emin Məcidova verildi. E.Məcidov Şirvan şəhərində həm yaşıllıqların artırılmasında həmdə ərazinin təmiz saxlanması plastik və digər tullantılardan təmizlənməsi üçün daima tədbirlər görülür. Şəhərdə yerləşən təhsil, səhiyyə müəssisələrində görüşlər keçirilir. Bu gün bu tədbirdə bizə paylanan kitabça RİH-üçün əyani vəsait kimi istifadə ediləcəkdir.
Tədbirdə iştirakçılardan Azər Bayramov, Şiran şəhər xəstəxanasından Fəridə xanım Umudova və başqaları maraqlı təkliflərlə çıxış etdilər. Tədbir canlı müzakirələr şəraitində keçdi.
Müzakirədə mövzu ətrafında Şirvan şəhərində ekoloji sahədə görülməli işlər və əhalinin plastik və polietilen  torba və çantalardan istifadənin azaldılmasını təşviq edilməsi, bu barədə kitabçadakı məlumatlardan istifadə etməklə  biliklərinin artırılması, mağaza və marketlərdə alış veriş zamanı alternativ torbalardan istifadənin təşviq edilməsi, enerji və sudan qənaətlə istifadə edilməsi, yaşıllıq sahələrinin artırılması tövsiyə olundu. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı.
COP29