“PlayStation 5” bu qiymətə satılacaq – Rəsmi rəqəmlər açıqlandı – FOTO

Sony şirkəti “PlayStation 5” konsolunun qiymətini açıqlayıb.

Yenicag.az xəbər verir ki, şirkətdən verilən məlumatda PS5-in bəzi ölkələrdə noyabrın 12-si, bütün dünyada isə noyabrın 19-u satışa çıxarılacağı bildirilib.

“PS5 iki versiyada satışa çıxacaq, ikinci versiya da (Digital Edition) isə bu girişdən olmayacaq.

Disk girişinə sahib olacaq versiya 499$-a, disk girişinə sahib olmayan versiya isə 399$-a satılacaq.

Konsolun satış startında istifadəçiləri Astro’s Playroom, Demon’s Souls, Destruction All Stars, Marvel’s Spider-Man: Miles Morales və Sackboy: A Big Adventure oyunları gözləyir”, -deyə, məlumatda qeyd edilib.

q