Reklam: High Technic
hightechnic

Poçtdan 5 min manatlıq oğurluq - Cəlilabadda

Cəlilabad rayonunun Göytəpə şəhərində oğurluq hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, axşam saatlarında Göytəpə Poçt şöbəsindən 17 ədəd dekoder, 2 ədəd skayner, zərflər və müəssisəyə aid digər sənədlər oğurlanıb.

Ümumilikdə müəssisəyə məxsus təxmini 5000 manatlıq əşya oğurlanıb.

Oğru “isti izlər”lə saxlanılıb. Onun evindən bəzi əşyalar maddi sübut kimi götürülüb

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

651