Poçtla göndərilən bağlamada narkotik tapıldı

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Yenicag.az-a verilən məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Aeroportun Bakı Karqo Terminalında Azərbaycan Respublikası vətəndaşı tərəfindən Çexiyaya göndərilən 3 ədəd poçt bağlamasına rentgen aparatında baxış keçirərkən monitorda şübhəli təsvirlər müşahidə ediblər. Həmçinin, kinoloji xidmət iti də gömrük nəzarəti zamanı bağlamaya reaksiya verib.

Yoxlama zamanı poçt bağlamasının içərisində olan 2 cüt ayaqqabının hər birinin dabanındakı boşluqda gömrük nəzarətindən gizlədilən, gümüşü rəngli falqalara bükülü 4 ədəd bükümdə, çəkisi 91,743 qram olan narkotik vasitə-heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.