!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Pokrovka Məhərrəm” yenidən saxlanıldı

!Reklam – Yazi

Bir müddət əvvəl Rusiyanın paytaxtı Moskvada xüsusi təyinatlılar tərəfindən əlləri qandallanaraq saxlanılan tanınmış azərbaycanlı iş adamı, “Pokrovka Məhərrəm” kimi tanınan Məhərrəm Həsənov yenidən həbs olunub.

Yenicag.az xəbər verir ki, o, bu gün İstintaq təcridxanasına aparılıb.

Xatırladaq ki, ilk dəfə saxlanılarkən məhkəmə onunla bağlı ev dustaqlığı qətimkan tədbiri seçmişdi. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (dələduzluq) üzrə araşdırma aparılır.

Rusiya mətbuatının yazdığına görə, o, ev dustaqlığı ilə bağlı tələbləri pozub. Belə ki, Həsənov azadlığa çıxandan sonra dostları ilə birgə banket təşkil edib. O, dostlarına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Lakin bu, biznesmenə baha başa gəlib. Həmin yığıncaqdan görüntüləri ələ keçirən hüquq-mühafizə orqanları onu yenidən təcridxanaya aparmaq qərarına gəliblər.

“Pokrovka Məhərrəm” Moskvanı meyvə-tərəvəzlə təmin edən əsas fiqurlardan biridir, onun “AzFruit” şirkəti Rusiyaya meyvə-tərəvəz idxalında böyük paya malikdir.

www.yenicag.az

1999
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv