!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polad Bülbüloğlu: "Azərbaycan xalqı və hökuməti Sovetlər İttifaqının totalitar rejimi ilə bügünki demokratik Rusiyanı heç vaxt əlaqələndirməyib"

!Reklam – Yazi

“Nə Azərbaycan xalqı, nə Azərbaycan hökuməti, nə də ki prezidentimiz heç vaxt Sovetlər İttifaqının totalitar rejimi şəraitində baş verənləri bügünki demokratik Rusiya ilə əlaqələndirməyib”.

YeniÇağ-ın Moskva bürosunun verdiyi məlumata görə, bunu bu gün Azərbaycanın Rusiyadakı səfirliyində “20 yanvar” faciəsinin 29-cu ildönümünə həsr olunan tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Azərbaycan xalqına baş sağlığı verən səfir çıxışında xalqımızın bu faciəni heç vaxt unutmayacağını söyləyib: “Biz Sovetlər İttifaqında baş verənləri bu günki demokratik Rusiya ilə əlaqələndirmirik. Ona görə ki, diqqəti bu istiqamətə çevirmək istəyən elə insanlar var. Lakin mən bir daha vurğulamaq istəyirəm ki, nə Azərbaycan xalqı, nə hökuməti, nə də bizim prezidentimiz heç vaxt Sovetlər İttifaqının totalitar rejimin şəraitində baş verənləri bu günki demokratik Rusiya ilə əlaqələndirməyib. Bizim xalqımız heç vaxt öz şəhidlərini unutmayacaq. Mən, bütün bu tarixi danışmaq istəmirəm. Siz bu faciənin tarixini, dinc sakinlərə, günahsız insanlara odlu sialhdan açılan atəşləri gözəl bilirsiz”.

Polad Bülbüloğlu çıxışında 1990-cı ilin yanvarın 21-də, qanlı faciədən sonra Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasətçi Heydər Əliyevin ailəsi ilə Azərbaycan səfirliyinin binasına gələrək baş verən hadisələri qətiyyətlə etirazını bildirdiyini xatırladıb: “Məhz bu səbəbdən səfirliyinin yerləşdiyi binanın çox xüsusi əhəmiyyəti var. Heydər Əliyev bu binaya gələrək sərt totalitar rejim şəraitində bu aksiyanı qətiyyətlə pisləyib. Bu gün burda çoxlu gənclər görürəm. Onlar üçün bu mənzərəni təsəvvür etmək çətindir. Həmin dövrdə Sovetlər İttifaqında heç kəs ali rəhbərliyin ünvanına söz deməyə cürət edə bilməzdi. Lakin ilk dəfə bunu Heydər Əliyev edib. Məhz bu binada edib. Ona görə də biz bu əsrarəngiz barelyefi burada qoymuşuq, hansı ki hər zaman bizə Azərbaycan lideirnin mərd addımını xatırladır”.
Diplomat onu da xatırladıb ki, 20 yanvar faciə gecəsi xalq cəbhəsinin o zamanki liderlərindən, respublika rəhbərliyindən heç kəs xəsarət almayıb: “Sadəcə Bakının dinc sakinləri xəsarət almışdılar. Bu çox qorxulu, anlaşılmaz idi. Ona görə ki, ölkə öz vətəndaşlarını tanklarla əzirdi. Bu ondan xəbər verirdi ki, belə ölkədə artıq yaşamaq olmaz. Yəqin ki, bu səbəbdən çox tezliklə Sovetlər İttifaqı praktiki olaraq parçalandı. Bu geriyə dönüşü olmayan nöqtə idi. İnsanlar anlamışdılar ki, belə ölkədə yaşamaq olmaz. Bakıda insanların küçələrdə partiya biletlərini yandırması, evlərin divarlarına şüarların yazılması yadımdadır. İnsanlar, xalq oyanmışdı, anlamışdılar ki, çox ciddi dəyişikliklər olmalıdır”.

Anım tədbirində Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev və rusiyalı politoloq, qafqazşünas Qriqori Trofimçuk çıxış ediblər.

Daha sonra tədbir iştirakçıları səfirliyin binasında 20 yanvar şəhidlərin xatirəsinə həsr olunan löhvənin önünə güllər qoyublar. Anım tədbiri şəhidlərin ruhuna ehsan verilməsi ilə başa çatıb.

www.yenicag.az

3504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv