Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib.
Yenicag.az xəbər verir ki, P.Bülbüloğlu idarə etdiyi BMW markalı, diplomatik nömrəli avtomobili eyni istiqamətdə hərəkət edən, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes-Benz” markalı maşına arxadan vurub.
Qəza Səbail rayonu Xəqani küçəsində baş verib.