!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polad Bülbüloğlu: “Rusiyada yaşayan vətəndaşlarımız səsvermədə fəal iştirak edirlər”

!Reklam – Yazi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səfirlikdə açılan seçki məntəqəsində səs verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, səfir Rusiyada açılan seçki məntəqələrinin iş prosesi ilə bağlı məlumat verib.

O qeyd edib ki, seçki günü hər bir xalqın, hər bir dövlətin taleyində vacib bir gündür: “Millət öz rəhbərini seçir. Mən tam qəlbimlə inanıram ki, müdrik Azərbaycan xalqı düzgün seçim edəcək, buna şübhə yoxdur. Hamı son illər Azərbaycanın böyük uğurlarına şahiddir, Azərbaycanın gündən günə necə inkişaf etdiyini görür. Təbii ki, biz burada, Azərbaycanın Rusiyadakı səfirliyində hazırlıq işləri görmüşük. Bu gün 1500-ə yaxın Azərbaycan vətəndaşının səs verəcəyini gözləyirik. Məntəqə yerli vaxtla saat 08.00-da açılıb. Səsvermə gedir. Bizim Rusiyada üç məntəqəmiz fəaliyyət göstərir. Bunlar Moskva ilə yanaşı Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarımızda açılan seçki məntəqələridir. İlkin aldığımız məlumatlara görə, orada da Azərbaycan vətəndaşları səsvermə prosesində fəal iştirak edirlər. Hamı müsbət əhval-ruhiyyədədir. Fürsətdən istifadə edib, Azərbaycan xalqına yeni uğurlar arzulayıram”.

Diplomat ilk dəfə səsvermə hüququndan istifadə edən iki Azərbaycan vətəndaşına Azərbaycanın Rusiyadakı səfirliyinin şəhadətnaməsini təqdim edib.

www.yenicag.az

1756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv