!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Polad Bülbüloğlu “Tbilisi şəhərinin fəxri vətəndaşı”oldu

!Reklam – Yazi

siaphoto_506067Oktyabrın 16-da Gürcüstanda ənənəvi olaraq hər il keçirilən “Tbilisoba” bayramının rəsmi açılışı olub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri, ölkəmizin Xalq Artisti, tanınmış bəstəkar və müğənni Polad Bülbüloğluna “Tbilisi şəhərinin fəxri vətəndaşı” adı təqdim olunub.
Tbilisi şəhərinin meri David Narmaniya fəxri adın diplomunu və şəhərin rəmzi açarını Polad Bülbüloğluna təqdim edib.
Mer səfiri təbrik edib, ona diplomatik fəaliyyətində və yaradıcılığında uğurlar arzulayıb.
Polad Bülbüloğlu belə yüksək ada layiq görüldüyünə görə Gürcüstanın dövlət və hökumət rəhbərlərinə minnətdarlığını bildirib.

“Tbilisi şəhərinin fəxri vətəndaşı” adı hər il bu ölkənin ictimai-siyasi, mədəni həyatında fərqlənən vətəndaşlarına verilir. Bu il ilk dəfə bu fəxri ada başqa ölkənin – Azərbaycan vətəndaşı Polad Bülbüloğlu layiq görülüb. Bu fəxri ad Polad Bülbüloğluna Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə verilib.

Mərasimdə Gürcüstanın dövlət və hökumət üzvləri, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli və digər şəxslər iştirak ediblər.

“Tbilisoba” bayramı ənənəvi olaraq Gürcüstanda hər il keçirilir. Gürcüstanın müxtəlif bölgələrindən elm, incəsənət, mədəniyyət, səhiyyə sahəsində çalışan şəxslər, kənd təsərrüfatının inkişafında fərqlənən fermer və fərdi torpaq mülkiyyətçiləri paytaxta dəvət olunurlar.

İki gün davam edəcək bayram tədbirləri çərçivəsində paytaxtda kənd təsərrüfatı məhsullarının satış yarmarkası, bayram şənlikləri, atəşfəşanlıq təşkil olunacaq.

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv