Polad Bülbüloğluna ağır itki üz verib

publika.az1396946665unnamedAzərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib.

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün Memorial Muzeyinin direktoru, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Adelaida İrza qızı Məmmədova 2015-ci il aprel ayının 25-də ömrünün 93-cü ilində vəfat edib.

Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tbilisi şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır.

1977-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilib.

Allah rəhmət eləsin!