!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polad Bülbüloğlunun namizədliyi ləğv olundu

!Reklam – Yazi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi ləğv olunub.

Yenicag.az xəbər verir ki, bu barədə oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra qərar çıxarılıb.

Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 5 ölkənin nümayəndəsi israrlıdır. Bunlar Çin (YUNESKO-nun təhsil məsələləri üzrə baş direktorunun müavini Syan Tan), Misir (Ailə işləri üzrə sabiq nazir və hüquq müdafiəçisi Vera əl-Huri Lakoy), Vyetnam (xarici işlər nazirinin müavini Fam Suan Şon), Qətər (sabiq mədəniyyət naziri Hamad bin Əbdüləziz əl-Kavari) və Fransa (keçmiş mədəniyyət və kommunikasiya naziri Odri Azule) təmsilçisidir.

Bu gün baş tutan səsvermənin ikinci turunda ilk üçlüyə Qətər, Fransa və Misirin namizədi düşüb. Səsvermənin növbəti turu oktyabrın 11-də keçiriləcək. Yeni baş direktorun adı böyük ehtimalla oktyabrın 13-də məlum olacaq.

www.yenicag.az

1816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv