!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polad Həşimovun şəxsi əşyaları muzeyə verildi - FOTO

!Reklam – Yazi

Şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Muzey məlumat yayıb.

Əşyalar Polad Həşimovun həyat yoldaşı və oğlu tərəfindən muzeyə təqdim edilib.

Bunlar şəhidin istifadə etdiyi hərbi geyim – səhra geyim formasından ibarətdir. Formanın üzərində general-mayor Polad Həşimovun adı və soyadı həkk olunub.

Bu dəyərli materiallar muzeydə yeni yaradılan “Anadır arzulara hər zaman, Qarabağ” adlı sərgidə nümayiş olunacaq.

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv