“Polad” ləqəbli polkovnik vəfat etdi – FOTO

“Polad” ləqəbli polis polkovniki Mirəli Şıxəliyev vəfat edib.
Yenicag.az xəbər verir ki, o, xəstəlik səbəbindən dünyasını dəyişib.
Şıxəliyev Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi olub.
Polkovnik daha əvvəl Biləsuvar, İmişli, Şamaxı rayonlarının polis rəisi kimi də çalışıb.