Poladəritmə zavodunda güclü yanğın – İranda

Bu gün səhər saatlarında İranın Kirman əyalətinin Zərənd poladəritmə zavodunda güclü yanğın baş verib.

Yenicag.az xəbər verir ki, yanğın zamanı partlayışın baş verdiyi də bildirilir.

İlkin məlumata görə, poladəritmə sexində əridilmiş metalın kürədən aşıb daşması yanğına səbəb olub. Hələlik xəsarət alanlar barədə məlumat verilməyib.

İranın Zərənd şəhərinin başçısı Əli Sadiqzadə hadisənin baş verməsini təsdiqləyib və bildirib ki, yanğın söndürülüb.

Qeyd edək ki, Zərənd poladəritmə zavodu 2021-ci ilin yanvar ayında ABŞ tərəfindən sanksiya tətbiq olunan şirkətlərdəndir.

Xatırladaq ki, son bir həftə ərzində İranda Tehran neft emalı zavodunda, Xark gəmisində və bir neçə önəmli sənaye obyektlərində yanğın hadisələri baş verib./APA/