ABŞ-da sabiq polis əməkdaşı, 29 yaşlı Deniel Xolçklou 13 qaradərili qadına təcavüz edib.
Hüquq-mühafizə orqanı əməkdaşı ona qarşı irəli sürülən 36 maddədən 18-i üzrə təqsirli bilinib.
Sabiq polis əməkdaşı ömürlük həbs cəzasına məhkum oluna bilər. Xolçklounun qurbanları əsasən hüquq mühafizə orqanları ilə problemləri olan və Oklahoma Sitinin kasıb məhəllələrində yaşayan qadınlar olub. Polis əməkdaşı onları qorxudaraq
Şəhərin polis idarəsinin məhkəmənin bu qərarını alqışlayıb: “Biz məhkəmənin qərarını alqışlayır və onun ədalətli olduğunu düşünürük”.