2019-cu ildə Yevlax rayonunun Ərəbbəsrə kəndində ov tüfəngi ilə öldürülən 57 yaşlı Tahir Qafarovu qətlə yetirməkdə şübhəli bilinən şəxs DİN əməkdaşları tərəfindən ifşa olunub.
Yenicag.az Qafqazinfo.az-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində qətlin narkotik cinayətlərinə görə həbsdə olan 42 yaşlı Habil Dövlət oğlu Mirzəyev tərəfindən törədildiyi məlum olub.
O da məlum olub ki, onlar arasında münaqişə narkotik vasitələrin alqı-satqısı ilə bağlı yaranmış pul mübahisəsi ilə əlaqədar olub.
H.Mirzəyev 2019-cu il fevralın 21-də gecə saat 2 radələrində T.Qafarovu gözətçi işlədiyi bağda qətlə yetirib.