Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Polis Ağdaşda əməliyyat keçirdi - Soyğunçu dəstə tutuldu

Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən İsmayıllı rayon sakini F.Mikayılov iyulun 3-də şəhər ərazisində içərisində pulu, qızıl əşyaları, mobil telefon, sürücülük vəsiqəsi və eynəyi olan çantasının açıq talama yolu ilə əlindən alındığını bildirib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların İsmayıllı rayon sakini Turan Ağazadə və Ağcabədi rayon sakini Namiq İsmayılov olduqları müəyyən edilib.

Soyğunçuluq yolu ilə əldə etdikləri “qənimət” və sənədlər maddi sübut kimi onlardan götürülüb.

www.yenicag.az

1176
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS