Polis akademiyası önündə partlayış: 8 nəfər öldü, 30 nəfər yaralandı

Kolumbiyanın paytaxtı Boqota şəhərində polis akademiyası binasının önündə partlayış törədilib.

Yenicag.az “Anadolu” agntliyinə istinadən xəbər verir ki, avtomobilin partladılması nəticəsində 8 nəfər həlak olub, daha 30 nəfər yaralanıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər cəlb edilib.