Bu gün Müsavat başqanı Arif Hacılının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmasının səbəbi məlum olub.
Partiyadan verilən xəbərə görə, A. Hacılıya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimovla görüşdə bildirilib ki, son günlər Siyəzən, Lənkəran və digər rayonlarda baş verən kütləvi etirazların təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. S. Əzimov Müsavat başqanına bununla bağlı xəbərdarlıq edib.
A. Hacılı isə kütləvi aksiyalar haqqında partiyanın qərar verilmədiyini deyərək, təşkil olunacaq aksiyaların dinc və qanuna uyğun keçiriləcəyini vurğulayıb.(Azvision)