Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Polis Bakıda dəhşətli qəza törətdi – Hadisə yerindən qaçdı (Fotolar)

12642496_1023677377688673_511091475552124080_nerfBu dəqiqələrdə polis əməkdaşı Bakıda Nobel prospektində, Azərbaycan Futbol Federasiyası Asossiasiyasının inzibati binasının yaxınlığında dəhşətli qəza törədib.

Bu barədə jurnalist Günay Novruzqızı məlumat verib.

O, “Passat” markalı avtomobilin sürətlə gəldiyini və nəticədə “Kamaz”ın altına girdiyini bildirib: “Bir az əvvəl çox böyük qəzadan Allah məni və anamı qorudu. Yolda “Şumaxerlik” edən bu avtombilin sahibini də… Yüksək sürətlə “Kamaz”ın altına girən maşın fırlanıb mənim qarşıma çıxdı. Xoşbəxtlikdən mən öncədən bu avtomobilin manevrlərini güzgüdən gördüm və sürətimi azaltdım. Yüngül zədə ilə qəzanı atlatdım. Qəzanı törədən şəxs polis geyimində idi. Başı qanamışdı. Tez hadisə yerindən apardılar. Biz hələ də burdayıq”.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:(Aznews)

www.yenicag.az

218