!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polis baş leytenantı geyimində qadın tutulub

!Reklam – Yazi

qadin_hebsŞəki şəhərində dələduzluq edən qadın saxlanılıb.

Saxlanılan şəxs 19 yaşlı Şəki şəhər sakini Əfəndiyeva Sahilə İbrahimxəlil qızıdır.

Onu obyektlərin birində əynində polis kapitanı paltarı ilə yaxalayıblar.

Sahilə Əfəndiyeva polislərin diqqətini ayaqqabısı ilə cəlb edib. Belə ki, onun əynində kapitan forması olsa da ayağında idman ayaqqabısı “krasovka” olub.

Ehtimal edilir ki, əynində polis geyimi, ayağında “krasovka” olan qız dələduzluqla məşğul olubmuş.

Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və bu geyimi ilə kimləri aldatdığı, formanı necə əldə etdiyi araşdırılır.

Adıçəkilən 19 yaşlı Şəki şəhər sakini ötən il də saxlanılıb. O, telefon oğurluğunda şübhəli bilinərək saxlanılıb. Lakin sonradan əməlindən peşman olduğunu deyərək sərbəst qala bilib.(APA)

www.yenicag.az

1002
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv