Polis bölməsində güclü YANĞIN

Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin polis məntəqəsində güclü yanğın baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Dekabrın 25-dən 26-a keçən gecə polis bölməsində partlayış səsləri eşidildikdən sonra yanğının başladığı bildirilir.

Rəsmi məlumatda hadisənin qaynaq işləri aparılması səbəbindən meydana gəldiyi iddia edilib.