Polis bölməsinə bombalı hücum oldu, ölən var

İranın Sistan və Bəlucistan vilayətində polis bölməsinə bombalı hücum olub.

Yenicag.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Hadisə Zahedan şəhərində baş verib.

Məlumata görə, iki nəfər özünü partladıb.

Sistan və Bəlucistan prokuroru bildirib ki, hadisə nəticəsində indiyədək bir polis məmuru ölüb.

IRNA videogörüntü yayaraq qarşıdurmanın hələ də davam etdiyini bildirib.

COP29