Əfqanıstanda silahlılar polis bölməsinə hücum edib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Pakistanla sərhəddəki Kandaqar əyalətində baş verib.
İnsident nəticəsində 3 polis əməkdaşı həlak olub, 4-ü yaralanıb.
Öncə terrorçu-kamikadze polis bölməsinin qarşısında özünü partladıb. Daha sonra 3 silahlı bölməyə daxil olaraq asayiş keşikçilərinə atəş açıb. Əfqanıstan polisi silahlıların məhv edildiyini bildirib.