Polis bu ölkənin səfirliyinə basqın etdi – Keçmiş vitse-prezident SAXLANILDI

Ekvador polisi 2022-ci ilin dekabrından Kitodakı Meksika səfirliyində qalan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün səfirliyə basqın edib.

Yenicag.az xəbər verir ki, polis Meksika hökumətinin ona siyasi sığınacaq verəcəyini açıqladığı Qlası saxlayıb.

Meksikanın Quitodakı səfirliyinin siyasi məsələlər üzrə məsul işçisi Roberto Kanseko Ekvador polisinin zorla səfirliyə girərək əməkdaşlarına hücum etdiyini bildirib. “Bu, qətiyyən qəbuledilməzdir, ola bilməz və bu, sözün əsl mənasında barbarlıqdır. Biz Qlasın həyatı ilə bağlı narahatıq”, – deyə o bildirib.
Meksika prezidenti Andres Manuel Lopez Obrador bildirib ki, Ekvador polisinin Meksika səfirliyinə daxil olması milli suverenliyin açıq şəkildə pozulmasıdır.

Obrador xarici işlər nazirinə qanuni addım atma göstərişi verdiyini deyib. “Bu, beynəlxalq hüququn və Meksikanın suverenliyinin açıq şəkildə pozulmasıdır və mən Ekvador hökuməti ilə diplomatik əlaqələri dərhal dayandırmaq göstərişimi vermişəm”, – Meksika prezidenti bildirib.

Meksika hökumətindən verilən açıqlamada Ekvadorun keçmiş vitse-prezidenti Qlasa siyasi sığınacaq veriləcəyi və Qlasın Kitodakı Meksika səfirliyində olduğu açıqlanıb.

Qlas 2017-ci il oktyabrın 3-də ona qarşı aparılan rüşvət istintaqı çərçivəsində həbs edilib. Braziliyanın “Oberdecht” tikinti şirkətinin ölkədə infrastruktur tenderlərini udmaq üçün məmurlara milyonlarla dollar rüşvət verməsini təşkil etməkdə təqsirli bilinən Qlas 2018-ci il noyabrın 7-də səhhətinə görə xəstəxanaya yerləşdirilib.

Qlas 2022-ci ilin dekabrında Meksikanın Quitodakı səfirliyinə sığınıb.

Yenicag.az

COP29