Finlandiya polisi milli parlament üzvü (əvvəllər Əsl Finlər fraksiyasını təmsil edib – Qeyd) Timo Vornarenin evində axtarış aparıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Yle” teleradio kanalı məlumat yayıb.
Axtarış zamanı qeydiyyatsız olan iki qaz tapançası və iki silah darağı götürülüb. Deputat hüquq-mühafizə orqanlarına bildirib ki, parlamentdəki iş yerinə iki dəfə silah gətirib.
Vornaren keçmiş polis məmurudur və silah gəzdirmək icazəsi var.
Qeyd edək ki, aprelin 26-da Vornaren restoranda digər müştərilərlə mübahisə edib və üzərindəki silahla yerə atəş açıb. Faktla bağlı cinayət işi açılıb./Report/