Ötən gün “Volksvagen Tuareq” markalı, 90 GD 390 dövlət qeydiyyat nömrəli avtomobil Hacıqabul rayonundan Sabirabad rayonuna gedən magistral yolda dəmir arakəsmələrə dəyib.
Yenicag.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə zamanı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşı Davud Məmmədov həyatını itirib.
Hazırda faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.