Polis əməkdaşını maşın vurdu – Gəncədə

Gəncədə avtomobil iki piyadanı vurub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin şərq çıxışında qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən piyadaları vurub. Müxtəlif dərəcəli xəsarətlər alan şəxslər xəstəxanaya çatdırılıb.

İlkin məlumata əsasən, vurulan piyadalardan biri Post-Patrul Xidmətinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.