Polis əməliyyat keçirdi – Həbslər var

Cəlilabad, Tovuz və Salyan rayon sakinlərində narkotik vasitə aşkarlanıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad rayon sakini X.Həsənovun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1 kq 17 qram heroin və 286 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Tovuz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əlibəyli kənd sakini K.Eyyubovun iştirakı ilə mərhum qardaşının yaşadığı evin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Babayevdən 455 qram marixuana götürülüb.