31 yaşlı Gəncə şəhər sakini iki nəfərin ona hədə-qorxu gələrək 100000 dollar tələb etməsi barədə polisə müraciət edib.
Yenicag.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 47 yaşlı H.Həsənov və 42 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla H.Həsənovun üzərinə keçirilən baxış zamanı ondan tramadol həbi və marixuana aşkar olunaraq götürülüb.