Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Polis iki rayonda əməliyyat keçirdi - FOTOLAR

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şəhər sakini Akif Bayramovun narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğuna dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb. A.Bayramovun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 4 kiloqram 320 qram olan narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində çətənə kollarını bir müddət əvvəl becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.

Həmçinin Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun 1-ci Nügədi kənd sakini İlqar Məmmədli saxlanılıb.

Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxsin evinə baxış keçirilən zaman kibrit qutularında narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. İ.Məmmədli həmin narkotik vasitəni İsmayıl adlı şəxsdən aldığını bildirib.

Davam etdirilən tədbirlərlə rayonun Zərdabi qəsəbə sakini İsmayıl Əliağa oğlu saxlanılıb. Həmin şəxsin evinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

www.yenicag.az

165
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100