!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polis işçisi qəza törətdi - VİDEO

!Reklam – Yazi

Qəbələ rayonunun Zarağan dairəsində qəza baş verib.

Yenicag.az xəbər verir ki, hadisə 18:30 radələrində qeydə alınıb. Belə ki, Oğuz rayonunun Kərimli kənd sakini, 25 yaşlı “VAZ- 2107” markalı avtomobilin sahibi Səfər adlı polis işçisi dairəvi yolda hərəkət edərkən əsas yolu gözləmədən keçib. Qarşı tərəfdən gələn Göyçay sakininə məxsus “VAZ Priora” markalı avtomobilin sürücüsünün gözünə gün düşdüyündən qəzadan yayına bilməyib. Nəticədə avtomobillər toqquşaraq yararsız hala düşüb.

Hadisə yerinə polis əməkdaşları gəlib. Sürücülər yüngül xəsarət alıblar. Alkoqollu olub-olmamasını yoxlamaq üçün onları polis idarəsinə aparıblar. Maşınlar da cərimə meydançasına aparılıb.

Hadisə şahidlərinin dediyinə görə, bu dairədə demək olar ki, hər gün qəza baş verir. Səbəb isə işıqforun olmamasıdır.

www.yenicag.az

2168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv