İsti hava şəraiti ilə əlaqədar vətəndaşların istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq, polis əməkdaşlarının fasiləsiz xidməti davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı məqsədilə polis əməkdaşları tərəfindən xidmət təşkil olunub.
Qeyd olunub ki, respublikanın bütün turizm zonalarına, o cümlədən su hövzələrinə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla, naryad qrupları ərazilərə təhkim olunub.
Köməyə ehtiyacı olan şəxslərə çağırışlar üzrə operativ köməkliklər göstərilir.