Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon sakini Şamil Bəşirova məxsus evin həyətyanı sahəsində keçirilən toy məclisində iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub.
Ev sahibi Ş.Bəşirov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.