!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polis maşına dəyişiklik edən qazini incidib? - AÇIQLAMA

!Reklam – Yazi

Sosial şəbəkələrdə Vətən müharibəsi qazisinin Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində incidilməsi barədə iddialar paylaşılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Yenicag.az-a açıqlamasında bildirib ki, iyul ayının 10-da şəhər sakini Taleh Bayramov VAZ markalı avtomobilinə konstruksiya dəyişikliyi etdiyinə görə Dövlət Yol Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb:

“Avtomobil duracağa yerləşdirilib. Sürücü barəsində protokol tərtib olunub, avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırıldıqdan sonra sərbəst buraxılıb. Lakin vətəndaş spirtli içkinin təsiri altında Yol Polisi Şöbəsinin inzibati binasının həyətinə daxil olaraq, barəsində görülən qanunamüvafiq tədbirə görə özünə müxtəlif bədən xəsarətləri yetirməyə çalışıb, yüksək səslə nalayiq ifadələr işlədib, edilən xəbərdarlıqlara baxmayaraq, qeyri-adekvat hərəkətlərini davam etdirib. Taleh Bayramov saxlanılıb, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib”.

E.Qasımov qeyd edib ki, T.Bayramov nə qazi, nə də Vətən müharibəsi iştirakçısıdır.

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv