!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Polis maşınının şüşəsini sındıran qadın CƏZALANDIRILDI

!Reklam – Yazi

Bir neçə gün əvvəl Bakıda uşaq sığınacağına hücum edərək Post Patrul Xidməti avtomobilinin şüşəsini sındıran şəxs barədə məhkəmə qərarı verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən sığınacağa yerləşdirilən azyaşlının anası A.Kazımova Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparılıb. Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Kazımovanın himayəsində azyaşlı olduğu üçün ona cərimə cəzası verilib. Həmçinin bölmədə xidməti avtomobilə dəyən zərər ödətdirilib.

Qeyd edək ki, A.Kazımova və uşağın nənəsi sığınacağa gələrək qeyri-iş günündə onların çıxarılmasını tələb ediblər. Lakin iş günü olmadığı üçün bu alınmayıb və nəticədə insident baş verib. A.Kazımova insidentlə əlaqədar əraziyə gələn polis maşınının şüşələrini sındırıb.

www.yenicag.az

122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv