Azərbaycanda polis mayoru avtomobil qəzasında ölüb.
Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru 53 yaşlı Qafar Abbasov Ağsu rayonunda özünə məxsus avtomobillə qəzaya düşüb. Yaralı xəstəxanaya yerləşdirilib.
Lakin həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı araşdırma aparılır(report).