Taliban qruplaşması Əfqanıstanın Uruzqan vilayətində yerləşən polis məntəqəsinə hücum edib.
Yenicag.az xəbər verir ki, axşam saatlarında qeydə alınan hücum nəticəsində Cora kəndindəki polis məntəqəsində 18-i əsgər olmaqla 22 nəfər həlak olub.
Toqquşma nəticəsində qruplaşma üzvləri itki verdikdən sonra geri çəkilməyə məcbur olub. Bölgədə genişmiqyasli əməliyyatlara başlanılıb.