Myanmada polis məntəqəsinə silahlı basqın təşkil edilib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 9 hüquq-mühafizə orqanları əməkdaşı öldürülüb.
Daha 2 polis yaralanıb.
Polisin məlumatına görə, hadisə Rakhayn ştatının Ponnagün qəsəbəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.