Polis məntəqəsinin yaxınlığında partlayış: 8 ölü, 55 yaralı

Əfqanıstanın Baqlan əyalətində Puli-Xumri şəhərində polis məntəqəsinin yaxınlığında partlayış baş verib.

Yenicag.az xəbər verir ki, partlayış nəticəsində 2-si polis əməkdaşı olmaqla 8 nəfər həlak olub, 55 nəfər isə yaralanıb.

İnsidentin təfərrüatları və yaralıların vəziyyəti barədə məlumat verilmir.

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.