!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polis metroda COVID-19 pasportunu yoxladı - SƏBƏB

!Reklam – Yazi
Bu gün səhər saatlarında “Memar Əcəmi” metrostansiyanın girişində DİN əməkdaşları tərəfindən istinasız olaraq bütün sərnişinlərin COVID-19 pasportu yoxlanılıb. Sənişinlər pasport göstərdikdən sonra metroya buraxılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Axar.az-a açıqlamasında bunun səbəbinə aydınlıq gətirib.

“Sözügedən ərazidə koronavirus xəstəsinin metrostansiya istiqamətində hərəkətdə olması ilə bağlı məlumat daxil olub. Bu səbəbdən polis əməkdaşları tərəfindən sərnişinlərin COVİD-19 pasportu yoxlanılıb. Digər metrostansiyalarda və avtobuslarda sərnişinlərdən pasport tələb olunmur. Metrostansiyalar kifayət qədər qapalı məkan olduğuna görə sərnişinlər mütləq qaydada tibbi maskadan istifadə etməlidirlər”, – E.Hacıyev qeyd edib.

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv