!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polis o halda güc tətbiq edə bilər ki... – Açıqlama

!Reklam – Yazi

Bu gün sosial şəbəkələrdə sürücü-yol polisi qarşıdurmasını əks etdirən növbəti video yayılıb. Görüntülər Dövlət Yol Polisi əməkdaşları ilə sürücü arasındakı qalmaqalı əks etdirir. Nəticədə, yol polisinin köməyinə Post Patrul Xidmətinin əməkdaşları da gəlir və onlar inadkar sürücünü güclə maşına oturdurlar.

Məsələ ilə bağlı Yeniçağ.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, videogörüntülərdən də məlum olduğu kimi sürücüyə güc tətbiq olunub:

“Hər hansı bir şəxs polisin qanuni tələblərinə məhəl qoymursa, o halda “Polis haqqında” qanunda da göstərilir ki, müqavimət göstərən şəxsə fiziki qüvvə tətbiq etmək olar. Və hər kəs də bilməlidir ki, polisə müqavimət göstərilməsinə görə, mövcud qanunvericilikdə məsuliyyət nəzərdə tutulur. Hələ yayılan görüntülərdə o şəxsin kimliyi bilinmir. Onun inzibati xəta və yaxud da hər hansısa cinayət hadisəsi törətməsi də məlum deyil. Əldə etdiyimiz məlumata görə, həmin görüntülər çoxdan – ən azı 3 il bundan əvvəl çəkilib. Görüntülərə əsasən də o şəxsin hansı səbəbdən saxlanıldığını deyə bilmərik. Ancaq müqavimət varsa, sürücü hətta zorla polis maşınına da əyləşdirilər, növbətçi hissəyə aparılar və tibbi müayinədən keçirilər; burda heç bir qanun pozuntusu yoxdur”.

Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov da məsələdə birmənalı mövqe tutur:

“Polisə müqavimət göstərmək olmaz. 18 yaşından yuxarı istənilən hər kəs – istər əcnəbi, istərsə də yerli vətəndaş olsun, polisin qanuni göstərişinə tabe olmursa, həmin şəxs 5-10 polis nəfəri tərəfindən inzibati qaydada tutulub aparıla və sənədləşdirildikdən sonra məhkəmə tərəfindən inzibati qaydada da həbs də oluna bilər. Demək, ən doğru olanı qanunları pozmamaqdır”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

916
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv