Polis ölkə çempionunun 7 futbolçusunu saxladı – “Qəbələ” ilə görüşməli idi

Avstriyada təlim-məşq toplanışında olan Albaniyanın “Kukesi” klubunun futbolçuları yerli polis tərəfindən saxlanılıb.

Yenicag.az xəbər verir ki, buna səbəb son ölkə çempionuna dair şübhələrdir.

Məsələ burasındadır ki, albanlar yoxlama matçı çərçivəsində Rusiya “Dinamo”suna 0:6, “Volfesberq”ə isə 0:7 hesabı ilə uduzublar. Məhz böyük hesablı məğlubiyyətlər də oyun alqı-satqısına dair şübhələri artırıb.

Avstriya polisi məşqçisi başda olmaqla “Kukesi”nin 7 futbolçusunu dindirdikdən sonra onları sərbəst buraxıb. Araşdırma davam edir.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışı keçən “Qəbələ” nin də Albaniyanın “Kukesi” klubu ilə qarşılaşması planlaşdırılırdı. Lakin sonradan rəqibini dəyişən “qırmızı-qaralar” Avstriyanın “Qrodiq” komandası ilə görüşüb. Maraqlıdır ki, həmin qarşılaşma da “Qəbələ”nin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Yenicag.az

COP29