Polis qanunsuz saxlanılan odlu silahları götürdü

Biləsuvarda qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.

Yenicag.az xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktiki tədbirləri davam etdirirlər.

Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 6 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz saxlanılan müxtəlif markalı ov tüfəngləri könüllü şəkildə təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

COP29