!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polis qəzada yaralandı, maşını yandı

!Reklam – Yazi

polis_qeza_masin_yandiAzərbaycanda polisin idarə etdiyi avtomobil qəzaya düşərək yanıb.

Yenicag.az-ın “Report”-a istinadən məlumatına görə, hadisə Göygöl rayonu ərazisində baş verib.

Gəncə şəhər sakini Ceyhun Süleymanovun idarə etdiyi VAZ-21099 markalı avtomobil Daşkəsən rayon sakini Fidayıl Ələsgərovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub.

Qəzadan sonra “Niva” markalı avtomaşın yanıb.

Hadisə nəticəsində hər iki sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, “Niva” markalı avtomaşının sürücüsü Fidayıl Ələsgərov polis əməkdaşıdır.

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv